Kondensatorlar

Kondensatorlar kiçik güc qaynaqlari kimi istifadə edilir. Kondensatorlar kiçik miqdarda elektrik bənmələridir. Dövrəyə qoşulduğu anda lazım olan gərginliyi alır, daha sonra dovrədə gərginlik aşağı düşərsə yenidən dövrəyə cərəyan verərək potensiallar fərqini saxlamağa çalışır. Dovrəyə paralel və ya ardıcıl qoşula bilir.

            Kondensatorlar sadə görsənməyiə baxmayaraq istifadə sahələri ve yerləri çox mürəkkəbdir. Elektrik yükünü tamamilə anlamadan bu elementi tam olaraq anlamaq mümkün deyildir.

Günümüzdə böyük tutuma sahib kondensatorlar istehsal edilir ki, onlarin deyeri faratlarla olçülür. Farat kondenstor üçün çox böyuk tutumdur. Beləki, kiçik dövrələrdə bunları güc qaynağı kimi istifadə etmək mümkündür. Batereyalardan bu tip kondensatorlarin ferqi çox tez zamanda dolmasi ve şiddətli şəkildə boşalmasıdır.

            İki növü mövcuddur. Qütblü, elektrolit – musbət və mənfi qutbləri olan ve qütbsüz kondensatorlar. Elektrolit tipli kondensatorları dövrəyə qütblərinə görə bağlamaq lazımdır. Əks təqdirdə partlama ehtimalı böyükdür. Elektrolit tipli kondensatorlar qütbsuz kondensatorlara nisbətdə daha çox tutuma malik olur.

            Dəyişən tutumlu kondensatorlar da mövcuddur. Bunlara radiolarda ve bashqa elektrikli qurğularda rast gələ bilərik. Dovrələrdə C hərfi ilə göstərilir.

Müqavimət

Müqavimət dövrələrdə istifadə edilən sadə bir işlədicidir. Əsas məqsədi müsbət və mənfi qütblər arasında olan potensiallar fərqi səbəbindən əmələ gələn  cərəyan axınını azaltmaqdır. Dövrəyə ardıcıl və ya paralel bağlanır.

Müqavimətlər sadə elementlər olsalar da dövrələrdə, elektronikada ve nəticə etibarilə qurğularda çox böyük rol oynayır. Müqavimətlərin aşağıdakı növləri vardır.

  • Sabit müqavimətlər
  • Dəyişən muqavimətlər
  • Düşdüyü mühitə uyğun dəyişən müqavəmətlər

Sabit muqavimətlər müəyyən dəyərə sahib olub müqavəməti om-la ölçülür.

Məsələn 10om, 100om və ya kilo-om, meqa-om. Müqavimət nə qədər az olarsa dövrədə cərəyan o qədər çox olar.

Dəyişən muqavimətlərin dəyəri idarə olunabilinəndir. Məsələ 1kilo-om, yəni 0-dan 1kilo-om a qədər istənilən dəyəri verə bilərik. Belə müqavimətlərə misal olaraq səs gücləndiricilərdə səsin artırılması üçün olan düymələri misal göstərə bilərik. Nə qədər çox səs lazım olarsa o qədər müqaviməti azaldar, ucadanışana gedən cərəyanı artirar ve nəticədə güclü səs alarıq.

Düşdüyü mühitə uyğun dəyişən müqavəmətlər daha çox sensorlar kimi istifadə olunur. Məsələn günəş süasına görə dəyişən, səsə, işığa və s. görə dəyişən müqavəmətlər. Muqavimətlər dovrələrdə R hərfi ilə işarət edilir.

Sadə bir test edək. www.tinkercad.com səhifəsinə login olaq. Daha sonra şəkildə göstərilən dövrəni quraq.

Dövrədə iki sabit və dəyişən müqavimət istifadə edilib. Sabit müqavimət qısa qapanmanın  qarşısını almaq üçündür. Dövrədə axan cərəyanı dəyişən müqavimətlə dəyişək. Müqaviməti artirdiqca cərəyanin azarldığının şahidi olacağıq. Bununla müqavimətin əsasə iş prinsipini test etmiş oluruq.

https://www.tinkercad.com/things/lBoFIhcgIlC – bu linkden tecrübəni test edə bilərsiniz.

            Müqavimətin iş prinsipindən istifadə edərək parlaqlığı dəyişən led testini edək.

Burada dəyişən müqavimətin yan uclarını batereyanın müsbət və mənfi kontaktları ilə birləşdirmişik. Bu zaman dövrədə daimi axin baş verəcək. Muqavimətin orta terminalı dəyişkən gərginliyi təmin etmiş olacaq. Bu çıxışı led lampaya birləşdirsək və sxemi işə salsaq lampanin parlaqlığını idarə edə bilərik.

https://www.tinkercad.com/things/9FZbRDHR7jn – bu linkden tecrübəni test edə bilərsiniz.

Batereyalar və sadə dövrə anlayışı

Dövrə qurmaq üçün güc mənbəyinə eytiyacımız vardir. Günümüzdə istifadə edilən en yayqın güc qaynaqlarından biri batereyalardır. Arduino cihazlarinda da bateriyalardan deniş istifadə edilir. Batareyalar birdəfəlik ve yenidən doldurula bilən olaraq iki yerə ayrılır. Kiçik qurğularda birdəfəlik batereyalara üstünlük verilsə də daha böyük qurğularda yenidən doldurula bilən və ya birbaşa dəyişən gərəyan mənbəyindən istifadə edilən güc çeviricilərindən istifadə edilir. Mövzuyu uzatmadan birbaşa dövrələrə ve onların işləmə prinsipinə fokuslanaq. Sadəcə mənbə gotürüb müsbət və mənfi qütbləri birləşdirməklə sadə dövrə yarada bilərik. Lakin bu çox təhlükəlidir, əgər belə edərsək güc mənbəsi tam gücü ilə elektrik axını yaratmağa çalışar və dövrəyə qoşulmuş naqilləri yandırar. Əgər naqillər böyük axini təmin edə biləcək olarsa güc mənbəsi özü sıradan çıxar.
Bunun qarşısını almaq üçün dövrədə ən azi bir ishlədici olmalıdır. İşlədici olaraq müqavimət istifadə edə bilərik, və ya bir lampa və ya bashqa bir ishlədici.

Yazdıqlarımızı kiçik sınaqlarla yoxlayaq.

Əvvəlcə www.tinkercad.com səhifəsindən qediyyatdan keçək və virtual olaraq təcrubələrə başlayaq. Bu təcrübələri fiziki etsək daha yaxşı olar. Girişdən sonra ”Circuit” hissesini seçək. Daha sonra “Create New circuit”.

Sağ paneldən lazımı elementləri seçek ve aşağıdakı sadə lampa dövrəsini quraq.

Dövrələrdə naqillər rənginə görə fərqlənir. Əksər dövrələrdə – qütb qırmızı, mənfi qütb isə qara işarələnir. ”Star Simulation” düyməsini sıxaq və lampanın yandığını görəcəyik. Açarla yenidən söndürmək olar.

Batereyalar bir-birinə ardıcıl birləşib. Hər birinin gərginliyinin 1.5v olduğunu nəzərə alsaq cəmi 3v gərginlik dövrəyə verilmişdir. Dövrədən axan cərəyanı da hesablamamız çox yaxşı olardı. Dövrədə dəyişiklik edək və yenidən işə salaq.

Dövrədə 61.2 mA cərəyan axdığını görə bilərik.

Beleliklə ilk dövrə testimizi bitirmiş olduq. Aşağıdakı linkdən sxemi kopyalayıb test edə bilərsiniz.

https://www.tinkercad.com/things/hCHhMee7Sc0