İnduktivlik

İduktivliklər dövrənin sadə, lakin dəyərli elementlərindən biridir. Naqillərin sarinmasi nəticəsində əldə edilir.
Əsasən iki funksiyası geniş istifadə edilir.
Birinci funksiyasini uzun su turbası kimi təsəvvür etmək mümkündür. Düşünün metrələrlə bəlkədə 100 metrələrlə su xortumunu. Suyu açdıqdan dəqiqələr sonra xortumun o biri uçuna su gedib çatır. Bağladıqdan sonra isə xortumdan bir muddət içəridə qalmış su axır. İnduktivlik də eyni prinsiplə işləyir. Elektriki açdıqdan bir müddət sonra lampa yanmağa başlayır, dövrəni açdıqdan sonra da lampa bir müddət yanır.
İkinci özəlliyi naqilin daxilində elektronlar hərəkət edən zaman etrafında maqnit sahəsinin yaranmasıdır. Bunu su misalı ilə izah etmək mümkün deyildir. Yaranan bu sahə naqilin uzunluğu cox olduğundan və sarındığından çox güclü olur, sahəyə düşən digər naqildə də cərəyan yaranmasına səbəb olur.
İnduktivliyin ölçü vahidi Henridir(Hn). Şərti işarəsi L hərfidir. Bəzən induktivliyin artirilmasi uçun naqili metal içliyin uzərinə sarıyırlar. Yuksək tezliklərdə isə ferritin uzerinə sarınır. Daha yüksək tezliklərdə içliyi hava əvəz edir. İnduktivlikləri istədiyimiz dəyərinə uyğun ala və ya özümüz hazırlaya bilərik.

İduktivliklərin istifadə sahələri və məqsədləri boyükdür. Müxtəlif rəqslərin alınmasında, transformatorlarda, maqnit sahəsinin tədbiq yerlərində və s. İstifadə edilir. En yayqin istifadə sectorlarindan biri transformatorlardir. Transformatorlar vasitəsilə gərginlikləri azaltmaq və ya çoxaltmaq mümkündür. Güc qaynaqlarinda, mənbələrində transformatorlar əvəzedilməzdir.