ESP8266 + blynk. IoT, ağıllı ev sistemləri üçün sadə bir həll yolu

ESP8266 wifi kontrolleri və blynk application(android) –i ilə IoT(Internet of Things‎) testleri edeceyik. Testler üçün ESP8266 wifi modulu əldə etmək lazımdır. Daha sonra proqramlayib uzaqdan lazimi sisitemləri idarə etmək olar. Burda məqsədimiz uzaqdan ağıllı evi ve ya hər hansı bir qurğunu idarə etməkdir.

ESP8266-nı proqramlamamışdan öncə “application” tərəfin necə qurulduğuna baxaq.(Kodlamada blynk proqramının verdiyi “Auth Token” lazım gələcək)

“Play store” – a daxil olun ve blynk proqramını telefonunuza yükləyin.

Daha sonra qeydiyyatdan keçin və proqramı açın. Proqramda “add device” edin və aşağıdakı kimi ESP8266 modulunu əlavə edin.

Modul proqrama əlavə edildikdən sonra sizə emaillə “Auth Token” gondəriləcək. Bunu ESP8266-nin daxili proqramında istifadə edəcəyik.

Daha sonra yaratdığımız ESP8266 proyektini seçək və bir “button” əlavə edək. Bu düymədə D0 terminalını seçək.

Daha sonra nəticəni görmək üçün bir də “Guage” əlavə edək və burada A0-I input kimi təyin edek.

Bununla proqram tərəfi bitirmiş oluruq. İndi ESP8266 wifi modulun proqramlayaq. Giriş terminalını çıxış terminalına birləşdirərək nəticəni görməmizi təyin edək. A0 və D0 terminallarını bir-birinə birləşdirək. Usb kabeli vasitəsilə komputere bağlayaq.

Proqramlamaq üçün lazımlı arduino paketini yükləyək. Bu blynk application-u üçün lazım olan “library” ve “tool” –lardır(Blynk_Release_v0.6.1.zip).

https://github.com/blynkkk/blynk-library/releases

Yüklədikdən sonra arxiv faylı açıb “tools”-u arduino proqraminin tools ve “libraries” –i isə arduino proqramının “libraries” qovluğuna əlavə edirik. Daha sonra arduino proqramını açdıqda bunların yükləndiyini görəcəyik.

            Port və “board”-i doğru seçdikdən sonra kolamaya bashlaya bilərik.

Aşağıdakı kodu yazaq və ESP8266 moduluna yükləyək.

#include <Blynk.h>

#define BLYNK_PRINT Serial    // Comment this out to disable prints and save space
#include <ESP8266WiFi.h>
#include <BlynkSimpleEsp8266.h>

// You should get Auth Token in the Blynk App.
// Go to the Project Settings (nut icon).
char auth[] = "c3c9f916b2604534a877a6a70a3b8980";

// Your WiFi credentials.
// Set password to "" for open networks.
char ssid[] = "VIBE";
char pass[] = "password";

void setup()
{
  Serial.begin(9600);
  Blynk.begin(auth, ssid, pass);
}

void loop()
{
  Blynk.run();
}

Proqramda əsas diqqət etməyimiz gərəkən bizim wifi parametrlərimizdir. SSİD, password və “Auth Token”. Bizim nümunədə telefonda wifi hotspot qaldırıb(VIBE) ilə test etmişik.

Artiq test edə bilərik. ESP8266 usb ilə qoşulu olduğundan həmən bizim wifi şəbəkəsinə bağlanacaq.(DHCP listdən bağlandığına əmin olun).

Proqramda D0 düyməsini sixsaq A0-da nəticəni görəcəyik.

İndi ESP8266-nin terminallarini internet üzərindən idarə edə bilirik. İstədiyimiz kimi rele, sensor bağlayıb istifadə etmək olar.

Uğurlar!