Arduino ilə yanib-sönən led testi.(Blinking led with arduino)

Sadə dövrə elementlərini nəzərdən keçirdikdən sonra arduino testlərinə bashlaya bilərik.

İlk növbədə yanib sonən led sxemini quraq ve kiçik kod yazaraq sxemi işlək hala gətirək.

https://www.tinkercad.com/things/1rEvIPiBTic

Arduino-a qoshulaq və aşağıdakı kodu onu yukləyək.

void setup()
{
  pinMode(13, OUTPUT);
}

void loop()
{
  digitalWrite(13, HIGH);
  delay(1000); // Wait for 1000 millisecond(s)
  digitalWrite(13, LOW);
  delay(1000); // Wait for 1000 millisecond(s)
}

Sxemi işə saldıqda led-in yanib sondüyünü görəcəyik.

Kodu daha etraflı izah etmeye çalışaq.

Evvelde qeyd edilmiş “void setup()” ilkin parametrlərin təyinini icra edir. Bu funksiya yalnız başlanğıcda çalishir və sonraki dövlərdə bura birdə müraciət olunmur.

“pinMode(13, OUTPUT); ” – 13-cü terminalın çıxış olacağını təyin edir.

“void loop()” – bu kodda istifadə olunan ikinci funksiyadır. Funksiyanin, dəyişənlərin nə olduğuna sonrakı müvzularda toxunacağıq. Bu funksiya sxem işlədiyi muddətcə daimi olaraq çağrılır. Prosessorun bacardığı en böyük sürətlə. Saniyədə min və ya milyon dəfələrə.

  “digitalWrite(13, HIGH); ” – Əvvəldən təyin olunan 13-cü terminali aktiv hala gətirir. Yəni çixişa +5v verir.

 “delay(1000);” – Bir saniyə kodu ləngidir. Ledin yandığının görünməsi üçün.

  “digitalWrite(13, LOW); ” – 13-cü terminal verilən 5v gərginliyi kəsirç 0-a endirir.

  “delay(1000);” – yenidən 1 saniyə kod ləngidilir. Və loop funksiyasi yeniden çağrılır.

Bu mütəmadi olaraq davam edir. Nəticədə bir saniyədən bir yanib sönən led alınır.