Insanı kim və ya nə aldada bilər?

İnsanı ya dünya həyatı ya da şeytan aldada bilər.
“Qoy bu (fani) dünya sizi çaşdırmasın, hiyləgər (şeytan) da sizi Allahın (əzabından) arxayınlaşdırıb tovlamasın.” Loğman, 33

Mənbə: İmam qəzzali, insanların aldanışı.

Necə cür insan var?

Mükəlləf və mühməl olaraq iki cür insan vardir.
– Mükəlləf Allahin ibadət əmr etdiyi, bunu etdiyində mükfatlandıracağını söylədiyi, günah işləməyi qadağa qoyduğu, işlədiyində cəzalandıracağını bildirdiyi insanlardır.
– Mühməl şəriət baxımından sorumlu olmayan insanlardir ki, bunlar uşaqlar(həddi buluğa çatana kimi), yatan insanlar ve məcnunlardır(hafizəsi özünə gələnə kimi olan hafizə xəstələri). Bu üçü xaric qalan butun insanlar mükəlləfdirlər.

Mənbə: İmam qəzzali, insanların aldanışı.